logo

Avropa çempionatı:Qadın güləşçilərimiz mübarizəyə qoşulurlar

11:22 14-02-2024 | icon 651
Avropa çempionatı:Qadın güləşçilərimiz mübarizəyə qoşulurlar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın qadın güləşçiləri mübarizəyə start verəcəklər.

YeniAvropa xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən Mariya Stadnik Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibini sınağa çəkəcək.

59 kiloqramda yarışan Alyona Kolesnik (59 kiloqram) isə Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Bu gün həm də yunan-Roma güləşində mübarizəyə yekun vurulacaq. Azərbaycanın üç güləşçisi qızıl medal uğrunda yarışacaq. Nihat Məmmədli (60 kiloqram) moldovalı Viktor Çiobanu, Həsrət Cəfərov (67 kiloqram) rusiyalı Ruslan Biçurin, Ülvü Qənizadə (72 kiloqram) türkiyəli Səlçuk Canla qarşılaşacaq.

Rafiq Hüseynov (82 kiloqram) isə təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadze ilə güləşəcək.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.