logo

Atıcılarımız Dünya Kubokunda finala vəsiqə qazanıblar

15:35 13-02-2024 | icon 693
Atıcılarımız Dünya Kubokunda finala vəsiqə qazanıblar

Azərbaycan atıcıları İspaniyanın Qranada şəhərində keçirilən gənclər arasında güllə atıcılığı üzrə Dünya Kubokunda finala yüksəliblər.

Azərbaycan Atıcılıq Federasiyasından YeniAvropa-ya verilən xəbərə görə, buna Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq komanda yarışlarında nail olublar.

Eyni xal toplayan, lakin mərkəzi atışlarda ispaniyalı rəqiblərinə nisbətən aşağı nəticə göstərən Sofiya Barxalova və Hacı Musayev isə qarışıq komanda yarışında 5-ci yeri tutublar.