Azərbaycan XI Dünya Hökumət Sammitində təmsil olunur
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən 11-ci Dünya Hökumət Sammitində iştirak edir.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, sammitin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların və texnologiyaların təşviqi, süni intellektin insan həyatına təsiri və dünyanın gələcəyi ilə bağlı ən son tendensiyaların müzakirəsidir.
“Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitdə 5 mindən çox qonaq iştirak edir. Onların arasında dünyanın 100-dən çox ölkəsindən olan dövlət və hökumət başçıları, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər var.
Sammitin ilk günü Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “İnsan Resurslarının Gələcəyi” mövzusunda dəyirmi masa formatında təşkil olunan sessiyada çıxış edib. O, inkişaf edən qlobal dünyada yeni texnologiyaların, o cümlədən süni intellekt və data əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqinin insan resurslarının bacarıqlarının artırılmasına verdiyi töhfədən bəhs edib. Eyni zamanda, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə “ASAN xidmət”də istifadə olunan xüsusi platformanın önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Müvafiq sessiyada BƏƏ, Qətər, Kolumbiya, Braziliya, Çili, Misir, Peru, Özbəkistan, Cənubi Afrika Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, eləcə də nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri çıxış ediblər.
Dövlət Agentliyinin sədri “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2024” platforması çərçivəsində “2045-ə gedən yolda İnkişaf İstiqamətləri: Dünyanın Gələcəyinin Yönləndirilməsi” mövzusunda baş tutmuş Nazirlər Toplantısında da çıxış edib.
Toplantıda 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu qeyd edilərək Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi barədə tədbir iştirakçıları məlumatlandırılıblar. Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və ondan sonrakı dövr üzrə qoyulan hədəflərə çatmaq üçün bütün sahələr üzrə tərəfdaşlıq fəaliyyətlərinin icrasının və bu istiqamətdə birgə səylərin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, DİM-lərə nail olunmasında Dövlət Agentliyi tərəfindən reallaşdırılan ağıllı hökumət həlləri və “ASAN xidmət” təcrübəsi vurğulanıb.
Toplantıda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri ilə yanaşı, BƏƏ, Rumıniya, Albaniya, Ruanda, Misir, Qırğız Respublikasının müxtəlif sahələr üzrə nazirləri, həmçinin BMT-nin ixtisaslaşmış təşkilatlarının və bölmələrinin, eləcə də müvafiq beynəlxalq təşkilatların rəhbər heyəti iştirak edib.
Dövlət Agentliyinin nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.
Sammit fevralın 14-dək davam edəcək.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır