logo

Xaçmazda 23 yaşlı gənc süni göldə boğulub

20:30 12-02-2024 | icon 9884
Xaçmazda 23 yaşlı gənc süni göldə boğulub

Xaçmaz rayonunun Ağaverdioba kəndində 23 yaşlı Fərid Əliyev bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb.

YeniAvropa xəbər verir ki, sudan çıxa bilməyən gənc boğularaq ölüb.

F.Əliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.