logo

MSK: İlham Əliyev 92,1 faiz səs toplayıb

23:50 07-02-2024 | icon 1057
MSK: İlham Əliyev 92,1 faiz səs toplayıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində məntəqələrin 54,47 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb.

YeniAvropa xəbər verir ki, mətbuat konfransında bu barədə məlumat verən Məzahir Pənahov deyib: “Bu gün Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilər baş tutub. İndiyədək Mərkəzi Seçki Komissiyasına 6537 məntəqənin 3561-dən, yəni, 54.47 faizdən daxil olmuş məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb. Etibarlı sayılmış 2 milyon 711 min 804 səsin hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 497 min 542 səs (etibarlı səslərin 92.1 faizi) toplayıb və böyük fərqlə liderlik edir.

Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb:

Oruc Zahid Məhərrəm oğlu – 59 min 719 səs (2.2 faiz);

Mustafa Fazil Qəzənfər oğlu-53 min 986 səs( 1.99)

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 48 min 315 səs (1.78 faiz);

Nurullayev Razi Qulaməli oğlu 21 min 406 səs(0.79 faiz);

Musayev Elşad Nəbi oğlu 17 min 855 səs (0.66 faiz);

Əliyev Fuad Ağasi 12 min 981 səs( 0.48 faiz).