logo

Saat 17:00-dək 4,6 milyon seçici səs verib

17:57 07-02-2024 | icon 1372
Saat 17:00-dək 4,6 milyon seçici səs verib

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair seçki fəallığı ilə bağlı növbəti məlumatı açıqlayıb.

YeniAvropa  xəbər verir ki, Fərid Orucov saat 17:00-a olan məlumata görə, seçicilərin 70,85 faizinin (4 milyon 590 min 75 nəfər) səs verdiyini bildirib.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.