logo

Namibiya prezidenti vəfat edib

09:29 04-02-2024 | icon 1792
Namibiya prezidenti vəfat edib

Namibiya Respublikasının prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.

YeniAvropa xarici KİV-ə istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun yanında həyat yoldaşı və uşaqları olub.

Namibiya prezidentinin ofisi vurğulayıb ki, həkimlər qrupu prezidentin sağalmasını təmin etmək üçün əlindən gələni edib, lakin mütəxəssislərin bütün səylərinə baxmayaraq ölkə başçısı dünyasını dəyişib.

Namibiyanın vitse-prezidenti, hazırda isə dövlət başçısı vəzifəsini icra edən Nangolo Mbubanın imzaladığı nekroloqda deyilir: “Xalq görkəmli xidmətçisini, azadlıq mübarizəsinin simvolunu, konstitusiyamızın baş memarını və Namibiya evinin sütununu itirdi”.