logo

Almaniya Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

09:01 03-02-2024 | icon 1729
Almaniya Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

Almaniya ilə Ukrayna arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq sazişi yaxın vaxtlarda imzalana bilər.

YeniAvropa xəbər verir ki, bu barədə “Qazeta.ru” saytı Almaniya mediasına istinadla məlumat yayıb.

Məlumata görə, sazişin layihə variantı artıq hazırdır və onun fevralın 16-18-də baş tutacaq Münhen Təhlükəsizlik Konfransında imzalanması planlaşdırılır.

Lakin razılaşmanın təfərrüatları barədə məlumat verilmir.