logo

AZAL 100 ödənişsiz aviabilet təqdim edir

12:12 01-02-2024 | icon 1267
AZAL 100 ödənişsiz aviabilet təqdim edir

"Azərbaycan Hava Yolları" 40-dan çox istiqamət üzrə pulsuz gediş-dönüş aviabiletləri təklif edən “Səyahət etmək vaxtıdır” adlı unikal müsabiqəyə start verir. Müsabiqə fevralın 1-dən 21-dək davam edəcək.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, müsabiqə çərçivəsində hər birinə 23 kiloqrama qədər baqaj limiti daxil olan 100 ödənişsiz aviabilet oynanılacaq. Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirak üçün linkə keçid edərək aviaşirkətin rəsmi saytındakı anketi doldurmaq kifayətdir: https://bit.ly/azalcontestpr

Aviaşirkətin “Facebook” sosial şəbəkəsində canlı yayımda təsadüfi yolla 50 qalib seçiləcək. Nəticələr hər həftə – fevralın 8-i, 15-i və 22-də elan olunacaq.

Əlli qalibin hər biri özü və səyahət etmək istədiyi şəxs üçün iki gediş-dönüş aviabileti əldə edəcək. Biletlərin eyni uçuşa alınması vacib şərtdir.

Qeyd edək ki, müsabiqədə yalnız bir dəfə iştirak etmək mümkündür. Çarter və kod-şerinq reysləri müsabiqədə nəzərə alınmır.