logo

780-dək beynəlxalq müşahidəçi MSK-da  akkreditasiyadan keçib

21:51 31-01-2024 | icon 707
780-dək beynəlxalq müşahidəçi MSK-da  akkreditasiyadan keçib

İndiyədək təqribən 85 min yerli müşahidəçi, 780-ə yaxın beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Həmçinin "Associated Press", "BBC", "Al Jazeera", "Kyodo", "Nikkei", "ZDF", "DPA", "VPRO", "La Repubblica", "Trouw" ilə yanaşı, Türkiyə və Rusiyanın, eləcə də Yaponiya, İngiltərə, Almaniya, İtaliya və Niderlandın ümumilikdə 34 nüfuzlu media qurumlarından olan 80-dən artıq təmsilçisi seçkilərin işıqlandırılmasına qatılıb. Bu say günbəgün artmaqda davam edir.

YeniAvropa xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

O qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 260-dan çox nümayəndəsi ikili qruplar şəklində səsvermə günü müşahidələr aparacaqlar: "Yanvar ayından onların uzunmüddətli müşahidəçiləri Azərbaycandadır. Həmin şəxslər demək olar ki, bütün məntəqə və dairələrdə olub, görüşlər keçiriblər. Bundan əlavə, ATƏT Parlament Assambleyasının nümayəndələri və MDB-nin müşahidə missiyası da səsverməni izləyəcəklər".