logo

Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlib

10:30 31-01-2024 | icon 728
Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlib

Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 31-də Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, nümayəndə heyəti  bu gün Şəhidlər xiyabanına gələrək  Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət olunub, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb.

file..+00+4