logo

Beyləqanda ağır avtoqəza: 3 nəfər ölüb

10:30 30-01-2024 | icon 11368
Beyləqanda ağır avtoqəza: 3 nəfər ölüb

Beyləqan rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 110-cu kilometrliyində ölümlə nəticələnən avtoqəza baş verib.

YeniAvropa xəbər verir ki, hadisə gecə saatlarında Beyləqan rayonunun İmamverdili kəndi ərazisində qeydə alınıb.

Yük maşını ilə "VAZ" markalı avtomobilin toqquşması zamanı 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.