logo

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

18:48 29-01-2024 | icon 728
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, general-polkovnik Z.Həsənov sabiq həmkarını yenidən ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

H.Akar isə öz növbəsində hər zaman olduğu kimi Azərbaycana bugünkü səfərindən də məmnunluq ifadə edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat belə səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.