logo

Prezident Dənizkənarı Bulvar İdarəsinin sədrini işdən çıxartdı

15:30 29-01-2024 | icon 854
Prezident Dənizkənarı Bulvar İdarəsinin sədrini işdən çıxartdı

Prezident İlham Əliyev yanvarın 29-da Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədrini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, İlqar Mustafayev prezidentin 1 avqust 2018-ci il tarixli sərəncamı ilə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdi.