logo

Tovuzda şəhid Hacıəli Qasımovla vida mərasimi keçirilir

12:52 28-01-2024 | icon 798
Tovuzda şəhid Hacıəli Qasımovla vida mərasimi keçirilir

Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan, uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu ilə Tovuz rayonu, Qaraxanlı kəndində vida mərasimi keçirilir.

YeniAvropa xəbər verir ki, onun nəşi doğulub boya-başa çatdığı Qaraxanlı kəndinə gətirilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak edirlər.

Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu kimi davam etdirib.