logo

Cəbrayıl, Qubadlı və Zəngilanda hərraca çıxarılacaq yataqlar açıqlanıb

17:57 26-01-2024 | icon 1246
Cəbrayıl, Qubadlı və Zəngilanda hərraca çıxarılacaq yataqlar açıqlanıb

Cəbrayıl rayonunun Tulus mişar daşı yatağının 48,3 hektar ərazisi, Tinli və Göyçərçin Veysəlli sement xammalı yataqlarının isə müvafiq olaraq 20,3 və 20 hektar ərazisi hərraca hazırlanır.

YeniAvropa xəbər verir ki,bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov Ekoloji məsələlər üzrə işçi qrupunun bu gün Zəngilanda keçirilən iclasında deyib.

A.Şükürov, həmçinin Zəngilan rayonu üzrə Bartaz-2 tikinti daşı yatağının 15 hektar ərazisinin, Qubadlı rayonu üzrə isə Hacılı mişar daşı yatağının 20 hektar ərazisinin hərraca hazırlandığını da diqqətə çatdırıb.