logo

Cari ildə ölkədə 5 milyon ağacın əkilməsi planlaşdırılır

14:54 26-01-2024 | icon 903
Cari ildə ölkədə 5 milyon ağacın əkilməsi planlaşdırılır

"Yaşıl dünya naminə həmrəylik ili"ndə 5 milyon ağacın əkilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə İşçi qrupun bu gün Zəngilanda keçirilən iclasında deyib.

Nazir müavini bildirib ki, ağacların 3 milyondan çoxunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilməsi nəzərdə tutulur. İki milyon ağacın əkilməsini isə müxtəlif dövlət qurumları, icra hakimiyyətləri həyata keçirəcək.