logo

Cəbrayıl şəhərində tikilən 33 yaşayış binası bu il istifadəyə veriləcək

09:29 25-01-2024 | icon 770
Cəbrayıl şəhərində tikilən 33 yaşayış binası bu il istifadəyə veriləcək

Bu il Cəbrayıl şəhərinə köç olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir.

Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.