logo

Paytaxtda qətl hadisəsi törədilib

13:53 24-01-2024 | icon 11522
Paytaxtda qətl hadisəsi törədilib

Yanvarın 24-də saat 10:30 radələrində paytaxtın Nizami rayonunda 1991-ci il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Hüseynov Əhməd Balaəli oğlu polisə gələrək könüllü şəkildə təslim olub.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.