logo

Şirvanda hərbi zavodda istehsalat qəzası baş verib

16:11 23-01-2024 | icon 12495
Şirvanda hərbi zavodda istehsalat qəzası baş verib

Yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə(MSN) məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib.

MSN-dən YeniAvropa-ya verilən məlumata görə, qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb.

İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.