logo

Şimal rayonlarında qar yağır

09:01 23-01-2024 | icon 623
Şimal rayonlarında qar yağır

Yanvarın 22-də axşam saatlarından başlayaraq Quba, Qusar, Xaçmaz, Xızı və digər Şimal rayonlarının ərazisinə qar yağır.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ən çox qar Qubanın Qırız kəndinə yağıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Region üzrə ən aşağı temperatur da (-13) bu məntəqədə qeydə alınıb.

Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 6, Qubanın rayon mərkəzində 4, Xaçmazda isə 1 santimetrdir.