logo

SOCAR Füzulidə yeni yanacaqdoldurma stansiyasını istifadəyə verib

12:12 22-01-2024 | icon 980
SOCAR Füzulidə yeni yanacaqdoldurma stansiyasını istifadəyə verib

İşğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədlə “SOCAR Petroleum” QSC tərəfindən növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib/ Qeyd edilib ki, SOCAR brendli modul tipli YDS Füzuli şəhərində yerləşir.

Yanacaqdoldurma stansiyası Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Beyləqan, və Füzuli rayonlarının ərazisindən keçir.

“Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kolonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.

Artıq Qarabağ və Şərqi Zəngəzurda - Füzuli, Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında fəaliyyət göstərən SOCAR brendli YDS-lərin sayı 9-a, ümumilikdə isə ölkə ərazisində 59-a çatdırılıb.