logo

Xankəndidə silah-sursat aşkarlanıb

10:58 22-01-2024 | icon 686
Xankəndidə silah-sursat aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.