logo

Rumıniya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

17:37 19-01-2024 | icon 896
Rumıniya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Yanvarın 19-da Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsinin sürətini bu ölkənin xarici işlər naziri Luminitsa Odobeskuya təqdim edib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji əməkdaşlıq və dostluq münasibətlərinin əhəmiyyəti qeyd olunub, o cümlədən yüksəksəviyyəli ikitərəfli səfərlərin, hökumətlərarası komissiyanın işinin və siyasi məsləhətləşmələrin gündəliyinə toxunulub. İki ölkə arasında enerji, o cümlədən “yaşıl enerji”, nəqliyyat və logistika layihələrinin perspektivləri istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Nazir Luminitsa Odobesku iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Rumıniyanın ikitərəfli Strateji Tərəfdaşlığın inkişafına sadiqliyini bir daha təsdiq edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir səfirə fəaliyyətində uğurlar arzulayıb.