logo

Uqanda prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

12:12 19-01-2024 | icon 938
Uqanda prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində məlumat verilib.

Görüşdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başa çatsa da, Hərəkatın “sədrlik üçlüyü”ndə yer alır.