logo

Bakıda ICESCO-nun regional ofisi açılacaq

18:18 18-01-2024 | icon 994
Bakıda ICESCO-nun regional ofisi açılacaq

Bakıda ICESCO-nun regional ofisinin açılması planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında məlumat verilib.

Müzakirədə 2024-cü ildə Bakıda ICESCO və digər beynəlxalq təşkilatların tərəfdaş olduğu 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP29) keçiriləcəyi qeyd edilib və ICESCO və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiyyətli olacağı vurğulanıb.