logo

Səsvermə günü 3 şirkət “exit-poll” keçirəcək

16:33 18-01-2024 | icon 700
Səsvermə günü 3 şirkət “exit-poll” keçirəcək

Növbədənkənar prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün 3 müraciət olub.

YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “OREACLE ADVİSORY GROUP” təşkilatı ilə birgə “exit-poll” keçirməyi nəzərdə tutur. Onlar 40 dairədə 500 məntəqədə “exit-poll” təşkil etmək istəyirlər. İkincisi, Rəy Monitorinq Mərkəzidir ki, onlar 200 məntəqədə “exit-poll” keçirmək niyyətindədirlər.

Sosial Tədqiqatlar Mərkəzi isə 25 dairədə, 125 məntəqədə “exit-poll” keçirməyi planlaşdırır.