logo

Zakir Həsənov Qırğızıstan tərəfinə başsağlığı verib

12:12 17-01-2024 | icon 623
Zakir Həsənov Qırğızıstan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov cari ilin yanvarın 17-də təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.