logo

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

18:18 16-01-2024 | icon 11452
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə çağırış daxil olub.

Stansiyadan YeniAvropa-ya bildirilib ki, onlardan bir nəfərin - 1958-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölümü qeydə alınıb. 1958-ci və 1999-cu il təvəllüdlü şəxslər (hər ikisi qadın) isə dəm qazının toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır qiymətləndirilir.

Eyni diaqnozla, 2020-ci və 2022-ci il təvəllüdlü iki azyaşlı da Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağırdır.

Faktla bağlı şəhərin hüquq-mühafizə orqanları araşdırma aparır.