logo

Yanğın kameraları seçki günü məntəqələrdən çıxarılacaq? 

16:16 13-01-2024 | icon 917
Yanğın kameraları seçki günü məntəqələrdən çıxarılacaq? 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki məntəqələrində seçki günü yanğın kameralarının saxlanıb-saxlanmayacağının sual doğurduğunu bildirib.

YeniAvropa xəbər verir ki,  MSK-nın bu gün keçirilən iclasında Məzahir Pənahov bildirib ki, səsvermə günü seçki məntəqələrində ancaq MSK kameraları olmalıdır.

“Bəs sual olunur, yanğın baş verərsə, necə olacaq? Hesab edirəm ki, bir gündən ötrü belə riskə getmək olar. Çünki səsvermə cəmi bir gündür və kiçik bir otaqda keçirilir. Həmin hissədə ancaq MSK-nın veb-kameraları olmalıdır”, - deyə M.Pənahov vurğulayıb.