logo

"Turan Tovuz" braziliyalı hücumçu transfer edib

21:12 12-01-2024 | icon 1316
"Turan Tovuz" braziliyalı hücumçu transfer edib

“Turan Tovuz” qış fasiləsində ilk futbolçu transferini həyata keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə Tovuz klubundan məlumat verilib. Bildirilib ki, hücumçu Aleks De Souza Alkantara ilə 2,5 illik müqavilə bağlanıb.

Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı forvard karyerası ərzində Türkiyənin "Boluspor" və Litvanın “Hegelman” klublarında da çıxış edib.