logo

Moskvada Müslüm Maqomayevin xatirəsi anılacaq

10:47 16-09-2018 | icon 4767
Moskvada Müslüm Maqomayevin xatirəsi anılacaq

Oktyabrın 25-də Moskvada “Zolotoye koltso” xalq musiqisi və mahnıları teatrında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilən “Mavi əbədilik” konsert proqramı təqdim olunacaq.YeniAvropa teatrın saytına istinadla xəbər verir ki, konsertdə estrada artistləri, Rusiyanın “Qolos”, “Romantika romansa” televiziya layihələrinin iştirakçıları, Müslüm Maqomayev adına və “Romansiada” adlı beynəlxalq müsabiqələrin laureatları görkəmli müğənninin repertuarından əsərlər səsləndirəcəklər.

Konsert Aleksey İsaakovun “Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq. Layihə çərçivəsində, həmçinin noyabr və dekabr aylarında Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertlər keçiriləcək.