logo

“Zaqreb Open”:Yunan-Roma güləşçilərimiz xalça üzərinə çıxır

11:01 12-01-2024 | icon 2296
“Zaqreb Open”:Yunan-Roma güləşçilərimiz xalça üzərinə çıxır

Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

YeniAvropa xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın altı idmançısı qüvvəsini sınayacaq.

Həsrət Cəfərov (67 kiloqram) ABŞ təmsilçisi Alexandro Sanço, Ülvi Qənizadə (72 kiloqram) rumıniyalı Lunqu Yulian, Xasay Həsənli (77 kiloqram) finlandiyalı Conni Kunnari Sarkinen, Sənan Süleymanov (77 kiloqram) türkiyəli Ahmet Yılmaz, İslam Abbasov (87 kiloqram) macarıstanlı İştvan Takaş ilə qarşılaşacaq. Murad Məmmədovun (63 kiloqram) rəqibi isə hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində indiyədək üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.