logo

Bu gündən şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

14:54 10-01-2024 | icon 5327
Bu gündən şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

Yanvarın 10-u saat 17:00-dan 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılır.

Elm və Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.