logo

Bu gün 7 güləşçimiz Xorvatiyada reytinq turnirində xalçaya çıxacaq

11:33 10-01-2024 | icon 868
Bu gün 7 güləşçimiz Xorvatiyada reytinq turnirində xalçaya çıxacaq

Bu gün Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə start veriləcək.

YeniAvropa xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeddi sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

İslam Bazarqanov (57 kiloqram) çinli Veyu Li, Əliabbas Rzazadə (61 kiloqram) ABŞ təmsilçisi Maykl Makci, Nurəddin Novruzov (61 kiloqram) gürcüstanlı Giorgi Qoniaşvili, Zirəddin Bayramov (65 kiloqram) italiyalı Kolin Con, Cəbrayıl Qadjiyev (74 kiloqram) rumıniyalı Kristian Biro, Arseni Cioyev (86 kiloqram) Çaba Vida ilə qarşılaşacaq. Osman Nurmaqomedovun (86 kiloqram) rəqibi isə hələlik dəqiqləşməyib.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək “Zaqreb Open” turnirində Azərbaycanı ümumilikdə 26 güləşçi təmsil edir.