logo

Güləş millimizin kapitanı da  “Zaqreb Open”ə qatılmadı

12:12 09-01-2024 | icon 1449
Güləş millimizin kapitanı da  “Zaqreb Open”ə qatılmadı

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyevin Xorvatiyada keçiriləcək “Zaqreb Open” turnirinə aparılmamasının səbəbi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından(AGF) bildirlib. Qeyd edilib ki, 32 yaşlı üçqat dünya və dördqat Avropa çempionunun turnirə qatılmamasının səbəbi çəki salmamaq problemi ilə bağlıdır. Belə ki, Hacı Əliyevin əsas diqqəti qarşıdakı Avropa Olimpiya Təsnifat turnirinə yönəlib.

"Hacı Əliyevin əsas məqsədi Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaqdır. O, indi çəki salsa, həmin yarış ərəfəsində yenidən çəkisini azaltmalı olacaq. İl ərzində bir neçə dəfə çəki salan idmançı isə formada olmur. Çünki fiziki hazırlıq zamanı idmançı yaxşı qidalanmalıdır”,-deyə AGF-nin açıqlamasında bildirilib.

Qeyd edək ki, yanvarın 10-dən 14-dək keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.

Sərbəst güləş millimiz yarışda 9 idmançı ilə təmsil olunur.