logo

Fiqurlu konkisürənimiz Avropa çempionatında iştirak edəcək

11:44 09-01-2024 | icon 994
Fiqurlu konkisürənimiz Avropa çempionatında iştirak edəcək

Yanvarın 10-da Litvanın Kaunas şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək.

YeniAvropa xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı Vladimir Litvintsev təmsil edəcək.

23 yaşlı idmançımız  yanvarın 10-da qısa və 12-də isə sərbəst proqramda qüvvəsini sınayacaq.

Avropa çempionatına yanvarın 14-də yekun vurulacaq.

Qeyd edək ki,  Vladimir Litvintsev 2018-ci ildən ölkəmizi beynəlalq yarışlarda təmsil edir. 

O, 2022-ci il Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib və ümumi hesabda 18-ci olub.

Vladimir Litvintsev Beynəlalq Konkisürmə İttifaqının 2023-cü ilin noyabr reytinqinə görə, kişi idmançılar arasında 31-ci pillədə qərərlaşıb.