logo

Yaponiyada 7,4 ballıq zəlzələ olub,sunami xəbərdarlığı edilib

11:55 01-01-2024 | icon 1246
Yaponiyada 7,4 ballıq zəlzələ olub,sunami xəbərdarlığı edilib

Yaponiyanın İşikava prefekturusanın sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Yaponiya mediası ölkənin müvafiq qurumlarına isinadla məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 16:10-da baş verib. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edilib. Dənizdə dalğanın hündürlüyünün 5 metrə çatacağı güman olunur. Sahil zonasından əhalinin təxliyəsinə başlanılıb.