logo

İmişlidə 10 yaşlı uşaq kanalda boğulub

11:22 27-12-2023 | icon 7875
İmişlidə 10 yaşlı uşaq kanalda boğulub

İmişlidə 10 yaşlı uşaq su kanalına düşüb.

YeniAvropa xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüvəndikli kəndi ərazisində Boz Təpə su kanalında qeydə alınıb.

Sakinlərin verdiyi məlumata görə, həmin kəndin sakini, 2013-ci il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu evlərinin yaxınlığından keçən su kanalının qırağında heyvan otararkən kanala düşüb.

Hadisədən sonra azyaşlının axtarışları üçün kanalda suyun səviyyəsi minimuma endirilib.

Əraziyə FHN-nin suda xilasetmə qüvvələri cəlb edilib və axtarış aparılır.