“Unibank”ın kapitallaşma proqramı başa çatıb
“Unibank”ın ötən il Bankın səhmlərinin geri alınması ilə başlayan və mərhələli şəkildə həyata keçirilən kapitallaşma prosesi, bu ilin sonlarında uğurla başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Unibank”dan bildirilib.
Qeyd edilib ki, bankın geri alınmış səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı Bank səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına müvafiq olaraq, qiymətli kağızların dövlət reyestrində hər birinin nominal dəyəri 2,72 manat olan, 4 112 487 ədəd sənədsiz adi adlı səhmlərin dövriyyədən çıxarılması barədə qeydlər aparılıb.
Xatırladaq ki, Bank kapitallaşmanı nəzərdə tutan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.
Kapitallaşma prosesinin başa çatması nəticəsində bu ilin əvvəlinə bankın nizamnamə kapitalı 19 milyon manata yaxın artıb, ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub.
Qeyd edək ki, kapitalın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Bu proses bankın davamlı inkişafına da öz təsirini göstərib.
2023-cü ilin ilk 9 ayının nəticələrinə görə, Bankın kapital mövqeyi sabit, inkişaflı qalmaqda davam edib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 3-cü rübü ilə müqayisədə 25 % artaraq, 152 milyon manat olub. Bu ciddi artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12.69 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 528 milyon manata çatıb.
“Unibank” 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord həddə çatdırıb. Bankın cəmi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 43 % artaraq, 233 milyon manata çatıb. Hesabat dövründə Bankın əməliyyat mənfəəti də ötən ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 49 milyon manata çatıb. Ümumi gəlirlilik səviyyəsinin artması, üçüncü rübün sonuna əldə edilən xalis mənfəətin kəskin artımına imkan yaradıb. “Unibank” bu ilin ilk 9 ayını 22 milyon manat xalis mənfəətlə başa vurub.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır