logo

“Azercell” Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

12:45 26-12-2023 | icon 938
“Azercell” Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

“Azercell” abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.

∙ İndi rouminq internet paketləri daha əlçatandır. “Azercell” 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində “Azercell”in sərfəli rouminq internet paketlərindən faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.

∙ Səyahət zamanı “Kabinetim” tətbiqindən, “Azercell”in rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.

∙ Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.

“Azercell”in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/personal/plans-and-services/roaming.html