logo

Bakı ətrafında elektrik kəsilib,bəzi sərnişin qatarları yolda qalıb

20:10 25-12-2023 | icon 875
Bakı ətrafında elektrik kəsilib,bəzi sərnişin qatarları yolda qalıb

Bu gün Bakı-Pirşağı istiqamətində saat 18:10-da, 18:30-da və 18:45-də yola düşən sərnişin qatarları Zabrat-Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.

ADY-dən YeniAvropa-ya bildirilib ki, hazırda sərnişinlərin əks istiqamətdə hərəkət edən qatara mindirilməsi və mənzilbaşına çatdırılması prosesi başlayıb.

Eyni zamanda, elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.