logo

Bakı bulvarında gəzinti qayığı çevrilib

13:53 22-12-2023 | icon 6013
Bakı bulvarında gəzinti qayığı çevrilib

Bakıda bulvar ərazisində gəzinti qayığı batıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildilib.

Qeyd edilib ki, bu gün "112" qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.