logo

Aİ Ukraynaya 18 milyard avroluq yardım edib

15:05 21-12-2023 | icon 2352
Aİ Ukraynaya 18 milyard avroluq yardım edib

Avropa İttifaqının Ukraynaya 2023-cü il üçün makromaliyyə yardımı proqramı çərçivəsində 1,5 milyard avroluq son dekabr tranşı köçürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün sosial media hesabında yazıb. O, həmçinin Avropa İttifaqı ölkələri arasında Kiyevə 2024-cü il və sonrakı illər üçün yeni yardım proqramı ilə bağlı razılığın hələ ki, əldə olunmadığını bildirib.

“Biz Ukraynanın bərpası, dəymiş zərərin aradan qaldırılması və islahatların həyata keçiriləsi üçün lazım olan yardımı davam etdirmək barədə razılığa gəlməliyik”, - deyə Avropa Komissiyasının rəhbəri əlavə edib.

Xatırladaq ki, Avropa İttifaqı Şurası Ukraynaya 2023-cü il üçün 18 milyard avro həcmində makromaliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Həmin vəsait 10 illik imtiyazla verilir. Ukrayna krediti 2033-cü ildən başlayaraq 35 il ərzində ödəyəcək.

Kiyev 3 milyard avroluq ilk tranşı cari ilin yanvar ayında alıb. Növbəti ödənişlər martdan başlayaraq ayda 1,5 milyard avroluq hissələrə bölünüb.

Dekabrın 14-15-də keçirilən sammitdə Avropa İttifaqı liderləri növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq yardımın ayrılması barədə razılığa gələ bilməyib. Yardım proqramının qəbul ediləcəyi təqdirdə Kiyevə ayda 1 milyard avrodan bir qədər çox vəsait veriləcək. Bu, Kiyevin 2023-cü ildə Brüsseldən aldığı aylıq vəsaitdən 1,5 dəfə azdır.