logo

Kılıçdaroğlu Əroğana 65 min TL təzminat ödəyəcək 

14:31 21-12-2023 | icon 2170
Kılıçdaroğlu Əroğana 65 min TL təzminat ödəyəcək 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “şəxsi hüquqlarının pozulması” əsasında 2021-ci ildə ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının(CHP) sabiq sədri Kamal Kılıçdaroğluna qarşı açılan məhkəmə işi Ərdoğanın xeyrinə yekunlaşıb.

YeniAvropa xəbər verir ki, məhkəmə qərarına əsasən, Kılıçdaroğluna 65 min Türk lirəsi məbləğində mənəvi təzminat cəzası kəsilib. Yerli KİV-in məlumatına görə, Türkiyə prezidenti həmin məbləği İsrail-Fələstin qarşıdurması zamanı Qəzzada yetim qalan uşaqlara bağışlayıb.

Qeyd edək ki, məhkəmə işi Kamal Kılıçdaroğlunun 2021-ci il yanvarın 26-da Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısındakı çıxışı zamanı dövlət başçısına qarşı işlətdiyi ifadələrə görə açılmışdı.