logo

Ötən il Azərbaycanda 959 bir yaşa qədər uşaq ölüb

11:55 20-12-2023 | icon 8862
Ötən il Azərbaycanda 959 bir yaşa qədər uşaq ölüb

“Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalıb. Əgər ölkəmizdə 2019-cu ildə ana ölümlərinin sayı 21, bir yaşa qədər ölən uşaqların sayı isə 1557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 18 və 959 olub”.

YeniAvropa xəbər verir ki,  bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində deyib.

“Ana və uşaq sağlamlığının qorunması 5 il boyunca TƏBİB-in əsas prioritet istiqamətlərindən biri olub. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ana və uşaqlar arasında ölüm hallarının baş verməməsi üçün tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə komissiyalar yaradılıb. Bakı ilə yanaşı, regionlardakı ginekoloq və neonatoloqların nəzəri bilik və praktik vərdişlərinin artırılması istiqamətində işlər görülüb. Bəzi tibb müəssisələrində əsaslı təmirdən sonra ginekologiya və doğum şöbələrinin açılışı olub”, - deyə V.Qurbanov bildirib.