logo

Jirinovskinin varisi Rusiya prezidentliyinə namizəd oldu

16:32 19-12-2023 | icon 2506
Jirinovskinin varisi Rusiya prezidentliyinə namizəd oldu

Rusiya Liberal-Demokrat Partiyası (RLDP) Leonid Slutskini prezidentliyə namizəd irəli sürüb.

YeniAvropa Rusiya KİV-nə istinadla xəbər verir ki, partiyanın bu gün keçirilən iclasinda RLDP-in sədri, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin qarşıdan gələn prezident seçkilərində namizədliyi irəli sürülüb.

L.Slutski 2022-ci ildən RLDP-nın sədri Vladimir Jirinovskinin vəfatından sonra partiyaya rəhbərlik edir. O, Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərin inkişafına töhfəsinə görə 2009-cu ildə “Dostluq” ordeni ilə təltif olunub.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.