logo

Azərbaycan derbisi: “Qarabağ”-“Neftçi”:2-0

22:02 18-12-2023 | icon 1463
Azərbaycan derbisi: “Qarabağ”-“Neftçi”:2-0

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

YeniAvropa xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Turun mərkəzi görüşündə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda Ağdam təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada ilk qolu 70-ci dəqiqədə Yassin Benzia vurub. Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub.

Bu nəticədən sonra "Köhlən atlar" 38 xalla turnir cədvəlinə başçılıq edir. 25 xalı olan Bakı klubu isə beşinci pillədə qərarlaşıb. "Zirə" 29 xalla ikinci, hərəyə 26 xal toplayan "Səbail"lə "Araz-Naxçıvan" isə 3 və 4-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Səbail” “Qəbələ”yə 3:0, “Araz-Naxçıvan” “Sabah”a 2:0, “Turan Tovuz” “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib, “Kəpəz” və “Sumqayıt” komandaları isə sülhə razılaşıblar – 1:1.