logo

Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri açıqlanıb

13:53 18-12-2023 | icon 7469
Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri açıqlanıb

Saatlıda mikroavtobusda dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri stabildir.

YeniAvropa xəbər verir ki, bu barədə Saatlı rayon xəstəxanasından məlumat verilib.

Bildirilib ki, tibb müəssisəsinə zəhərlənmə diaqnozu ilə 1 müəllim və 8 şagird daxil olub. Onlar müayinədən keçirilib, ilkin tibbi yardım göstərilib. Hazırda özlərini yaxşı hiss edirlər, vəziyyətləri stabildir.

Qeyd edək ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən məktəblilər Saatlı rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.