logo

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq

10:30 18-12-2023 | icon 1232
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə bu raundun cütlükləri bəlli olacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Turnirin 1/8 finalında eyni ölkəni təmsil edən və qrup mərhələsində qarşılaşan komandalar üz-üzə gələ bilməzlər.

Səpələnmişlər: "Arsenal", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko", "Barselona", "Real Madrid", "Real Sosyedad" (hamısı İspaniya), "Bavariya", "Borussiya" Dortmund (hər ikisi Almaniya).

Səpələnməmişlər: "Kopenhagen" (Danimarka), "İnter", "Latsio", "Napoli" (hər üçü İtaliya), “Leyptsiq” (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), PSV (Niderland).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 13, 14, 20 və 21-də, cavab matçları isə martın 5, 6, 12 və 13-də keçiriləcək.